İqtisadiyyat

Azərbaycanda tikinti materiallarının istehsalı ilə bağlı son vəziyyət açıqlandı

27 Noyabr 2020 14:01
Baxış: 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 614,7 milyon manat olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, tikinti materiallarının istehsalının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,4 faiz artıb.

Tikinti gipsinin istehsalı 2,3 dəfə, tikinti kərpicinin istehsalı 20,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 5,1 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 1,4 faiz artıb.

Sementin istehsalı 1,2 faiz, tikinti əhənginin istehsalı 29,1 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 33,7 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 37,5 faiz, asfaltın istehsalı isə 56,1 faiz azalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.