İqtisadiyyat

"Ermənistanın hərbi təxribatları və koronavirus infeksiyasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir"

31 Oktyabr 2020 17:39
Baxış: 1 234
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın hərbi təxribatları və dünyanı bürüyən koronavirus infeksiyasına baxmayaraq, Azərbaycan iqtisadiyyatında inkişaf davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən brifinqdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

O bildirib ki, bu proseslər Azərbaycan iqtisadiyyatına mənfi təsir etsə də, ölkə iqtisadiyyatının artım tempi ən yaxşı inkişaf tempdir: "Bu müddət ərzində Azərbaycanın valyuta ehtiyatları artıb. Ölkənin kənd təsərrüfatı 1,4 faiz artıb, manat öz dəyərində qalıb. Bu inkişafın heç biri Ermənistanda yoxdur. Gərgin olsa da Azərbaycan iqtisadiyyatı normal inkişaf edib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.