İqtisadiyyat

"Fitch" Böyük Britaniyanın reytinq üzrə proqnozunu "mənfi" saxlayıb

28 Sentyabr 2020 18:51
Baxış: 779
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fitch Ratings" beynəlxalq agentliyi Böyük Britaniyanın yerli və xarici valyutada emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqini "AA-" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu isə "mənfi" saxlayıb.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, ölkə reytinqinin tavanı "AAA" səviyyəsində, təmin olunmamış prioritet borc reytinqi isə "AA-" səviyyəsində saxlanılıb.

"Böyük Britaniyanın reytinqləri yüksək gəlir, bir tərəfdən, şaxələndirilmiş və inkişaf etmiş iqtisadiyyat, digər tərəfdən isə yüksək və artan dövlət sektorunun borclanması ilə balanslaşdırılır", - agentlik qeyd edir.

"Fitch" in məlumatına görə, ölkənin dövlət borcu bu il ÜDM-in 111%-ni, 2021-ci ildə isə 118%-ni təşkil edəcək. Bundan əlavə, büdcə kəsirinin ÜDM-ə nisbəti bu il 17,7%-dək artacağı, 2021-ci ildə isə 12%-dək enəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, agentlik Böyük Britaniya iqtisadiyyatının bu il 11,5% azalacağını, 2021-ci ildə isə 4-6% artacağını gözləyir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.