Təcrübəsiz işə qəbul? - "Rabitəbank"da bu mümkündür!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkənin aparıcı banklarından biri olan "Rabitəbank" ASC təkcə müştərilərinə deyil, 800-ə yaxın əməkdaşına da daim "Rahat bankçılıq" təcrübəsini yaşatmaqdadır.
Universiteti yeni bitirmiş gənc kadrların iş tapmaq cəhdləri çox zaman iş təcrübələrinin olmaması səbəbi ilə uğursuz olur. "Rabitəbank" isə iş müsahibələrində tez-tez eşidilən bu stereotipi qıraraq işə qəbul prosesində təkcə ali təhsili uğurla bitirməyi prioritet götürür.
Yenicə yekunlaşmış "SME və Mikro yetişdirmə layihəsi" sayəsində "Rabitəbank Təlim Akademiyası"nın təcrübə proqramına uğurla qəbul olmuş 12 gənc kredit mütəxəssisi ölkənin ən müasir banklarından biri olan "Rabitəbank"da karyera imkanlarına yiyələndilər. Belə ki, proqramın seçim mərhələlərini müvəffəqiyyətlə addımlayan namizədlər Bankda təcrübəçi kimi deyil, birbaşa əmək müqaviləsi ilə rəsmi işçi kimi qeydiyyata alındılar. Bununla da "Rabitəbank"da əməkdaşlar sözün əsl mənasında 3 aylıq təcrübə mərhələsini yarım ştat olaraq rəsmi işçi kimi uğurla başa vurduqdan sonra dərhal tam ştata keçiriləcəklər. Təcrübəsiz gənc kadrlara iş imkanları təqdim edilməklə yanaşı Bankda karyera pillələrini zirvəyə doğru addımlamaq da mümkündür. "Rabitəbank"ın Təlim və İnkişaf Şöbəsinin rəhbəri Günel Həsənlinin verdiyi məlumata görə "Rabitəbank"da potensial namizədlərin bacarıqlarının üzə çıxarılması və mütəxəssis kimi yetişdirilməsi daim əsas missiya kimi dəyərləndirilir. "SME və Mikro yetişdirmə layihəsi" bu illik yekunlaşsa da, yenidən planlaşdırıldığı da doğrudur. Əlavə olaraq, "Rabitəbank"da təkcə kredit mütəxəssisi deyil, həmçinin İT, Əməliyyat və digər departamentlərdə iş imkanları təqdim edəcək mütəxəssis yetişdirmə layihələri də nəzərdə tutulub.
"Rabitəbank"da çalışmaq və uğurlu karyera təcrübəsinə yiyələnmək arzusunda olanlar yeniliklərdən xəbərdar olmaq üçün "LinkedIn" platformasında "Rabitabank Careers" səhifəsini izləyə və ya Bankın rəsmi www.rabitabank.com saytında məlumatlar əldə edə bilərlər.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 26 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Neft yenidən bahalaşdı
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycan nefti 121 dolları keçdi
-
Neftin qiyməti ucuzlaşdı
XƏBƏR LENTİ
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır





