İqtisadiyyat

Litva BTQ-ni məhsulların Çinə daşınması üçün alternativ marşrut kimi nəzərdən keçirir

4 Sentyabr 2020 11:01
Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Litva Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunu Çindən və əks istiqamətə məhsulların daşınması üçün potensial alternativ marşrut kimi nəzərdən keçirir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Litvanın Nəqliyyat və Rabitə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Litva yaxşı işləyən multimodal nəqliyyat və logistika sistemini yaradıb və "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərində tranzit ölkə qismində vacib rol oynayır:

"Ona görə də Litva Azərbaycana yüklərin Avropa və Skandinaviya ölkələrinə təhlükəsiz, sürətli və ucuz nəqlini təklif edir. Çinə Cənub marşrutunun vacib hissəsi olan BTQ dəmiryol xətti bizim üçün Çindən və əks istiqamətə yük daşınması üçün potensial alternativdir. Bizi Azərbaycanın bu daşımalar üzrə planları maraqlandırır".

Nazirlikdən bildiriblər ki, "Şərq tərəfdaşlığı" regionunda nəqliyyat infrastrukturunun inkişafı Avropanın qonşuluq siyasətinin aparıcı elementidir:

"Litva Azərbaycanı Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında nəqliyyat əlaqəsinin təkmilləşdirilməsinə yönəlmiş mövcud proqramlar çərçivəsində Aİ ilə sıx əməkdaşlığa dəvət edir. Litva Azərbaycanla nəqliyyat sahəsində qarşılıqlı səmərəli əməkdaşlığı alqışlayır və əmindir ki, bu əməkdaşlıq gələcəkdə də inkişaf edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.