İqtisadiyyat

10 il ərzində Rusiya dünyanın ən iri qızıl hasilatçısına çevriləcək

27 Avqust 2020 20:31
Baxış: 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Növbəti on il ərzində Rusiya dünyanın ən iri qızıl hasilatçısı olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Fitch Solutions" şirkətinin proqnoz-hesabatında deyilir.

Proqnoza əsasən, Rusiyada qızıl hasilatı 2020-ci ildə 11,3 milyon unsiyadan 2029-cu ildə 15,5 milyon unsiyayadək artacaq. Bu göstərici hazırda ən iri qızıl hasilatçısı olan Çindən daha yüksək olacaq.

2029-cu ildə dünya qızıl hasilatının 11,6 faizi Rusiyanın payına düşəcək. Hazırda bu göstərici 10,6 faizə bərabərdir.

2020-2029-cu illərdə Rusiyada qızıl hasilatı illik 3,7 faiz artım nümayiş etdirəcək. Çində isə artım 0,2 faizə bərabər olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.