İqtisadiyyat

Təmas xəttində yerləşən kəndin elektrik enerji sistemi yenilənib - FOTO - VİDEO

24 Avqust 2020 14:46
Baxış: 1 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Mərkəzi Aran RETSİ, Tərtər Elektirk Şəbəkisinin xidməti ərazisi olan Həsənqaya kəndində geniş quruculuq işləri həyata keçirilib.

"Azərişıq" ASC-dən Milli.Az-a verilən məlumata görə, düşmənlə üz-üzə, təmas xəttində yerləşən Həsənqaya kəndinin elektrik enerjisi sistemi istifadəyə yararsız vəziyyətdə olub.

"Azərişıq" ASC bu kənddə elektrik enerji sistemini indi tamamilə yenidən qurub. İstismara yararsız dayaq və naqillər, həmçinin transformator məntəqələri, sayğaclar yenisi ilə əvəz olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.