İqtisadiyyat

Samuxda 11300 tondan çox tərəvəz yığılıb

22 Avqust 2020 08:48
Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin ilk 7 ayı ərzində Samux rayonunda 707 hektar sahədə tərəvəz əkilib.

Samux Rayon Statistika İdarəsindən bildirilib ki, sahələrdən 11378 ton tərəvəz yığılıb. Örtülü torpaqlarda 63,6 hektar sahədən 3533 ton məhsul toplanıb. Məhsuldarlıq rayon üzrə hər hektardan 163,1 sentner olub. Tərəvəz məhsulunun 2072 tonu kənd təsərrüfatı müəssisələrində, 9306 tonu isə əhali təsərrüfatlarında becərilib.

Təsərrüfatlardan 6295 ton pomidor, 1145 ton badımcan, 1520 ton xiyar, 472 ton baş soğan, 239 ton sarımsaq, 387 ton bibər, 188 ton yaşıl lobya, 135 ton kələm, 76 ton süfrə yerkökü, 99 ton süfrə çuğunduru, 822 ton isə sair tərəvəz yığılıb.

Rayonda istehsal olunan tərəvəz əhalinin ərzaq tələbatını ödəməklə yanaşı, şəhər bazarlarına çıxarılıb, eyni zamanda, bir sıra ölkələrə ixrac olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.