İqtisadiyyat

“Qarabağ” yatağının yuxarı modulunun dizaynı hazırlanır

11 Avqust 2020 14:05
Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" yatağının yuxarı modulunun dizaynı hazırlanır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Karabakh Operating Company" şirkətinin baş direktoru Tahir Dadaşov Bakı Dərin Özüllər Zavodunda media-tur zamanı deyib.

O bildirib ki, layihə üzrə işlər "Wood Group" şirkəti tərəfindən həyata keçirilir:

"İşlər tam sürətlə davam edir. Mühəndis mərhələləri başa çatdıqdan sonra dayaq blokunun tikintisi başlayacaq. Mühəndis işlərinin bir hissəsi artıq başa çatıb".

O, həmçinin qeyd edib ki, "Qarabağ" yatağının dayaq blokunda neft hasilatı 2022-ci ilin sonunadək başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.