İqtisadiyyat

Mərkəzi Bank: Azərbaycanda maliyyə hesabatlılığının auditinə daha çox diqqət yetiriləcək

30 İyul 2020 15:20
Baxış: 1 189
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda maliyyə hesabatlılığına və bankların maliyyə hesabatlarının auditinə daha çox diqqət yetiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bankların əmanətlərin alınması və kreditlərin verilməsi ilə bağlı qanunsuz fəaliyyətinin qarşısının alınması üçün bankların maliyyə hesabatlarının monitorinqi zəruridir:

"Hesab edirəm ki, Cinayət Məcəlləsinə bu kimi hallarla bağlı daha dəqiq maddələr əlavə olunmalıdır. Bununla bağlı aidiyyəti qurumlar və bank ictimaiyyəti ilə müzakirələr aparacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.