İqtisadiyyat

Astarada heyvandarlıq məhsullarının istehsalı artıb

4 İyul 2020 08:28
Baxış: 1 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən biri heyvandarlıqdır. Ölkəmizdə aqrar sahədə çalışanlara göstərilən dövlət dəstəyi rayonda heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu ilin birinci yarısında rayonda 1989 ton ət, 13646,4 ton süd, 4518 min ədəd yumurta, 18 ton yun istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda ət istehsalı 44,5 ton (2,3 faiz), yumurta istehsalı 3000 ədəd (0,1 faiz), yun istehsalı 1 ton (5,9 faiz) artıb.

Qeyd edək ki, Astara rayonunda 40929 baş iribuynuzlu, 22389 baş xirda buynuzlu mal-qara var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.