AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətin rəhbərliyi səviyyəsində yeni təyinatları elan edir.
Belə ki, 2017-cı ildən AzerTelecom şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyev şirkətin Direktorlar Şurasının Sədri vəzifəsinə təyin edilib. Digər qərara əsasən isə şirkətin baş icraçı direktoru vəzifəsinə 2018-ci ildən AzerTelecom-un baş icraçı direktorunun əməliyyatlar üzrə müavini xanım Ana Nakaşidze təyin olunub.
"Qlobal, regional və lokal miqyasda etibarlı tərəfdaş kimi tanınan AzerTelecom şirkəti son illərdə mühüm uğurlara imza atıb, ölkənin dayanıqlı və sürətli internet xidməti ilə təmin olunmasına öz töhfəsini verməkdədir. Biz Azərbaycanın İKT sektorunun dayanıqlı inkişafına və ölkəmizin regional rəqəmsal mərkəzə çevrilməsinə istiqamətlənən layihələrin reallaşdırılmasını davam etdirəcəyik. Mən yeni baş icraçı direktor xanım Ana Nakaşidzeyə fəaliyyətində uğurlar arzulayıram və onun şirkətimizin inkişafına töhfə verəcəyinə inanıram" - deyə Fuad Allahverdiyev qeyd edib.
"AzerTelecom şirkəti internet xidməti təminatçıları və bazarda fəaliyyət göstərən operatorlara yüksək keyfiyyətli və dayanıqlı xidmətlər göstərməklə Azərbaycanda bu sahənin inkişafında mühüm rola sahibdir və bundan sonra da bu inkişafda vacib rol oynamağı planlaşdırır. Qlobal internet xidmətləri hər bir iqtisadiyyatın uğuru üçün həyati əhəmiyyətli bir faktora çevrildiyindən şirkətimiz hazırkı dəyişən çağırışlar və imkanlar mühitində inkişaf üçün davamlı şəkildə yeni imkanları araşdırır. Mən inanıram ki, bu illər ərzində şirkətimizin böyüməsini dəstəkləyən heyətimiz hazırkı çağırışlar dönəmində də mühüm nailiyyətlər qazanacaqdır" - deyə Ana Nakaşidze bildirib.
AzerTelecom Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" (ADH) proqramını icra edir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb





