İqtisadiyyat

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün yeni platforma təqdim edib - VİDEO

30 İyun 2020 11:07
Baxış: 1 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İqtisadiyyat Nazirliyi sahibkarlar üçün yeni platforma təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, platforma Elektron Kredit Platforması ( e-edf.gov.az) adlanır:

"Platforma vasitəsilə sahibkarlar iki banka müraciət etmək imkanı əldə edəcəklər.

Platforma pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edir, sahibkarlar 3 mln. manat məbləğə qədər kredit götürə bilərlər. Kredit üzrə 12 ay güzəşt müəyyən edilib. Platforma sahibkarın müraciətini daha da asanlaşdıracaq"

Qeyd edək ki, bu platforma Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı"nın

I hissəsinin 6.1-ci və 6.2-ci bəndlərinin icrası məqsədilə hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.