İqtisadiyyat

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıblar?

15 İyun 2020 14:33
Baxış: 3 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 464 daşınmaz əmlak obyekti satın alıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1033 obyekt azdır.

Milli.Az xəbər verir ki, Trend bu barədə Türkiyə Dövlət Kadastrı və Alqı-Satqı Agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, may ayında Azərbaycan vətəndaşları Türkiyədə 42 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin mayı ilə müqayisədə 48 obyekt azdır.

2020-ci ilin mayında Türkiyədə 50 936 daşınmaz əmlak obyekti satılıb ki, bu da 2019-cu ilin mayı ilə müqayisədə 44,6 faiz azdır.

Ötən ay əcnəbilər Türkiyədə 860 daşınmaz əmlak əldə edib. Bu göstərici 2019-cu ilin mayı ilə müqayisədə 78,1 faiz aşağıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.