İqtisadiyyat

Azərbaycanda İLK: Yanacaqdoldurma məntəqəsində QR-kod əsasında ödəmə xidməti işə düşəcək

11 İyun 2020 22:52
Baxış: 1 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

E-PUL ödəmə xidməti və VISA Azərbaycanda "Lukoyl" yanacaqdoldurma məntəqəsində QR-kod texnologiyası əsasında ilk ödəmə xidmətinin işə salınacağını elan ediblər.

Milli.Az bildirir ki, bunu Trend-ə E-PUL ödəmə xidməti hüquqi mülkiyyətçisi olan "PaySis" şirkətinin baş direktoru Samir Nəsibov deyib.

Onun sözlərinə görə, bu xidmətin üstünlüyü ondan ibarətdir ki, istehlakçıya POS-terminal lazım olmur, operatorun isə terminalla sürücüyə yaxınlaşmaq zərurəti yaranmır və beləliklə, fiziki təmas olmur:

"Biz "Lukoyl" və trans-milli VISA şirkəti ilə birgə Azərbaycanda ilk olaraq istehlakçılara QR-ödəmə xidməti təklif etdiyimiz üçün qürur duyuruq. Bu, nağd vəsaitlərdən daha az asılı olmaqla rəqəmsal iqtisadiyyata keçidə xidmət edəcək".

S.Nəsibov bildirib ki, istehlakçılar "Lukoyl" yanacaqdoldurma məntəqələri şəbəkəsində yanacağın dəyərini rahat şəkildə ödəyə biləcək. Bunun üçün E-PUL tətbiqini yükləmək, qeydiyyatdan keçmək və plastik kartı təhlükəsiz mobil tətbiqə bağlamaq lazımdır. Operator kassada çeki qeydiyyata aldıqdan sonra, yanacaq qurğusunda quraşdırılan QR-kod vasitəsilə skan edilir və mobil tətbiqdə tələb olunan məbləğ göstərilir. Ödəmə məbləği bir toxunuşla avtomatik olaraq kartdan silinir, istehlakçılar ödəmə barədə məlumatları E-PUL tətbiqində ödəmə tarixçəsində izləyə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.