İqtisadiyyat

Sahil Babayev: Cari ilin ilk 4 ayı DSMF-nin daxilolmaları 39,6 faiz artıb

6 May 2020 14:51
1 Şərh     Baxış: 1 399
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yanvar-aprel aylarında DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 39,6 faiz çox olub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib.

S.Babayevin sözlərinə görə, cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığorta haqlarından daxilolmaları proqnozdan 163 milyon manat və ya 17,2 faiz çox olub:

"Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə isə, hətta xüsusi karantin rejiminə baxmayaraq, DSMF-nin daxilolmaları keçən ilin müvafiq dövrünə nisbətən 313,4 milyon manat və ya 39,6 faiz artıqdır".

Nazir diqqətə çatdırıb ki, ötən il DSMF-nin gəlirləri üzrə müəyyən edilmiş proqnozun 105,5 faiz icra edilməsi, əsassız pensiya işlərinin təmizlənməsi nəticəsində Fondun xərclərinə qənaət hesabına yaranmış 200 milyon manat ehtiyat sosial ödənişlərin davamlılığının təmin olunmasında əhəmiyyətli dəstək olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.