İqtisadiyyat

Mərkəzi Bank tədiyə balansı üzrə proqnozu açıqladı

1 May 2020 13:44
0 Şərh     Baxış: 1 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mərkəzi Bankın proqnozlarına əsasən Azərbaycan tədiyə balansının kəsiri ölkənin ümumi daxili məhsulunun 3 faizinədək təşkil edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 1-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 2020-ci ildə idxal və ixracın azalması gözlənilir. Bununla əlaqədar olaraq Mərkəzi Bank kommersiya banklarına ölkə üçün sosial əhəmiyyət daşıyan məhsulların, tibb vasitələri və ərzaq məhsullarının idxalını dəstəkləməyi tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.