İqtisadiyyat

Rusiya OPEC+ sazişinə baxmayaraq neft hasilatını artırıb

23 Aprel 2020 20:36
0 Şərh     Baxış: 1 413
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada aprelin 22-də sutkalıq neft hasilatı əvvəlki günlə müqayisədə 0,6 faiz artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkəda neft hasilatı OPEC+ çərçivəsində əldə olunan sazişə baxmayaraq çoxalıb.

Aprelin ortalarınadək Rusiyada sutkada 1,537 milyon ton neft hasil edilib. Aprelin 17-dən bəri artım 0,8 faiz təşkil edib.

Xatırladaq ki, aprelin 11-də OPEC və təşkilata daxil olmayan ölkələr (OPEC+) neft hasilatını ümumilikdə, sutkada 9,7 milyon barel azaltmaq barədə razılıq əldə edib. Razılaşma mayın 1-dən qüvvəyə minəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.