İqtisadiyyat

Pərviz Şahbazov neft istehsalçılarına öhdəliklər götürmələrini təklif edib

22 Aprel 2020 07:50
Baxış: 1 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə "OPEC plus" ölkəsinin iştirakı ilə qeyri-rəsmi formatda keçirilən videokonfransa Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da qatılıb.

Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, konfransda neft bazarının hazırkı vəziyyəti və may ayından öhdəliklərin icrası ilə bağlı məsələlər müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov müzakirələr zamanı "OPEC plus" formatında təmsil olunmayan digər neft istehsalçılarını öhdəliklər götürməyə dəvət edib: "OPEC plus" tarixi missisiya yerinə yetirir və müvafiq öhdəliklər götürüb. İndi isə "OPEC plus" dan kənar neft istehsalçıları bu prosesə fəal şəkildə qoşulmalı və öz öhdəliklərini elan etməlidirlər", - deyə nazir bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.