İqtisadiyyat

Novak ikiillik OPEK+ razılaşmasını bazar üçün effektiv adlandırıb

11 Aprel 2020 08:33
0 Şərh     Baxış: 1 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

OPEK+ ölkələri yeni ikiillik razılaşmanın müddətini həm azalda, həm də uzada bilərlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Federasiyasının energetika naziri Aleksandr Novak "Rossiya-24" telekanalının efirində deyib.

A.Novak bildirib: "Bizim bu müddəti uzatmaq imkanımız olacaq. Bazarda vəziyyətin sürətli bərpa olunacağı təqdirdə biz bazarın bərpa edilməsi üzrə tədbirləri daha qısa müddətdə başa vurmaq üzrə qərar qəbul edə bilərik".

Onun sözlərinə görə, OPEK+ ölkələri yeni razılşmanın müddəti üzrə üç variantı müzakirə ediblər: "Bir, iki və üç il. Biz ikiillik müddət üzrə razılaşdıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.