İqtisadiyyat

Dövlət tərəfindən 292 mindən çox vergi ödəyicisinə dəstək veriləcək

1 Aprel 2020 14:03
Baxış: 1 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 292,4 min vergi ödəyicisinə dövlət tərəfindən dəstək veriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamına əsasən hazırlanmış pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyi proqramında öz əksini tapıb.

Proqrama əsasən, dövlətdən dəstək alacaq iş adamlarının 248,5 min nəfəri fərdi sahibkarlardır. Onlar 53,7 min nəfər işçiyə malikdir. Bundan başqa, 43,9 min nəfər mikro sahibkara da dəstək verilməsi nəzərdə tutulur ki, bunlar da 57 min nəfərin məşğulluğunu təmin edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.