İqtisadiyyat

"Qala sığorta" və "Qala Həyat" sığorta şirkətləri COVID-19-a qarşı mübarizəyə 200 000 manat ayırdı

21 Mart 2020 19:24
0 Şərh     Baxış: 1 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qala Sığorta" və "Qala Həyat" sığorta şirkətləri koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərindən kənarda qalmayaraq bu mübarizəyə maliyyə dəstəyi göstərmək qərarını alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu məqsədlə "Qala Sığorta" və "Qala Həyat" sığorta şirkətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı əsasında yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrılıqda 100 000 AZN, ümumilikdə 200 000 AZN məbləğində vəsait köçürülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.