İqtisadiyyat

Sabahdan Bakıdan bəzi şəhərlərə uçuşlar dayandırılır - Operativ qərargah

14 Mart 2020 20:17
Baxış: 6 347
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVİD-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğunu nəzərə alaraq, COVİD-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən "Azərbaycan Hava Yolları"-nın Bakı - Paris - Bakı, Bakı - Berlin - Bakı, Bakı - Nursultan - Bakı, Bakı - Aktau - Bakı, Bakı - Alma - Ata - Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır.

Milli.Az-ın məlmatına görə, Operativ Qərargahın 12 mart 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.