İqtisadiyyat

Rumas: Belarus Azərbaycan neftinin uzunmüddətli müqavilə əsasında tədarükündə maraqlıdır

2 Mart 2020 23:00
Baxış: 2 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belarus Azərbaycan neftinin uzunmüddətli müqavilə əsasında tədarükündə maraqlıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Belarusun baş naziri Sergey Rumas bu gün SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşündə bildirib.

Baş nazir deyib ki, Belarus nefti Odessa-Brodı-Mozır kəmərindən istifadə edərək Mozır Neft Emalı Zavodunda emal etməyi planlaşdırır: "Biz SOCAR-la uzun müddət çalışmışıq. Bu günə qədər iki dəfə, 2011 və 2016-cı illərdə Azərbaycandan neft tədarük etmişik".

Azərbaycan tərəfinin də Belarusdan neft məhsulları aldığını xatırladan S.Rumas qeyd edib ki, SOCAR uzunmüddətli müqavilə bağlamaq üçün etibarlı tərəfdaşdır:

"SOCAR mütəxəssisləri hazırda Mozır Neft Emalı Zavodunda tikinti-quraşdırma işləri ilə məşğul olurlar. İmzalanacaq müqavilə iki ölkə arasında neft sənayesində əlaqələrin gücləndirilməsi istiqamətində əhəmiyyətli addım olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.