İqtisadiyyat

Ukrayna Azərbaycandan qaz ala bilmək üçün şərtləri açıqladı

29 Yanvar 2020 16:54
0 Şərh     Baxış: 6 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cənub Qaz Dəhlizi"nə qoşulacağı təqdirdə, Ukrayna qaz kəmərinin gücünün artırılmasının ikinci və üçüncü mərhələləri çərçivəsində Azərbaycandan qaz ala biləcək.

Milli.Az bildirir ki, bunu Trend-ə Ukrayna Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyindən deyiblər.

Nazirlikdən bildiriblər ki, Ukrayna təbii qazın tədarük mənbələri və marşrutlarının şaxələndirilməsində maraqlıdır:

"Bundan başqa, biz xam neftin tədarük olunması məsələləri üzrə əməkdaşlığın genişlənməsində maraqlıyıq və Azərbaycandan Ukraynaya mayeləşdirilmiş təbii qazın nəqli imkanlarını nəzərdən keçirməyə hazırıq".

Qeyd olunub ki, Ukrayna Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi ilə Azərbaycan Energetika Nazirliyi arasında əməkdaşlıq barədə memorandum layihəsi hazırlanıb:

"Energetika sahəsində əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan işçi qrupunun iclasının keçirilməsi planlaşdırılır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.