İqtisadiyyat

“Azərişıq” “Yeni Köçkün” qəsəbəsinin generatoru ilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirdi

10 Yanvar 2020 13:34
Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər bəzi kütləvi informasiya vasitəslərində və sosial şəbəkələrdə "Azərişıq" ASC-nin Mingəçevirdə yerləşən Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Saleh Abdullayevin şəhərin "Yeni Köçkün" qəsəbəsindəki generatoru ələ keçirməsi barədə həqiqətə uyğun olmayan qərəzli məlumatlar yayılır.

Bu barədə "Azərişıq" ASC-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda deyilir.

Məsələyə aydınlıq gətirən ASC bildirir ki, Mingəçevir şəhəri ərazisində 594 məcburi köçkün ailəsi üçün inşa edilmiş çoxmərtəbəli yeni yaşayış məhəlləsinin elektrik təchizatı şəbəkəsinin tikintisi başa çatdığından məhəllədəki 3 ədəd dizel generatoru rəsmi olaraq Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun balansından "Azərişıq" ASC-nin balansına verilib. "Əraziyə 110/35/6 kv-luq "Mingəçevir" yarımstansiyasından 2 dövrəli hava kabel xətti çəkildiyindən, habelə elektrik enerjisinin verilişində heç bir problem olmadığı üçün generatordan istifadəyə ehtiyac yaranmamış və bu səbəbdən generatordan biri ərazidən götürülüb:

"Azərişıq" ASC fəaliyyətində şəffaflığı prioritet seçərək hər zaman ictimaiyyətə açıq olduğundan, KİV-lərdən həqiqətə uyğun olmayan və "Azərişıq" ASC-nin işguzar nüfuzuna kölgə salan bu kimi xəbərləri tirajlamazdan əvvəl Cəmiyyətin mətbuat xidmətinə müaricət edərək müvafiq dəqiqləşmələr aparılması xahiş olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.