İqtisadiyyat

Geosiyasi, geoiqtisadi baxımdan mövqeyimizin güclənməsi regional proseslərə təsir imkanlarımızı artıracaq - İqtisadçı - VİDEO

20 Dekabr 2019 09:55
Baxış: 1 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bütövlükdə TANAP region üçün vacibdir. Bu layihə Azərbaycan üçün də ciddi iqtisadi əhəmiyyət kəsb edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı videolayihə çərçivəsində Trend-ə müsahibə verən iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, mövcud qiymətlərlə Cənub Qaz Dəhlizi Azərbaycan üçün 100 milyard dollardan artıq gəlirin əldə edilməsi deməkdir.

V.Bayramov əlavə edib ki, bu, ölkəyə daxil olan valyutanın həcminin artırılması və xüsusən enerji sektorunda artıq yeni bir mənbədən Azərbaycana daxil olan valyuta daxilolmalarının reallaşması baxımından vacibdir:

"Eyni zamanda, bu kəmərin reallaşması Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirəcək. Nəzərə alaq ki, iqtisadi baxımdan Azərbaycan Avropa Birliyinin, eləcə də Rusiyanın, bütövlükdə iqtisadi güclərin əsas tərəfdaşıdır. Avropa Birliyinin Cənubi Qafqazla ticarət dövriyyəsinin 75 faizi Azərbaycanın payına düşür. Cənub Qaz Dəhlizinin reallaşması həm də Azərbaycanın regiondakı mövqeyinə geosiyasi, geoiqtisadi baxımdan müsbət təsir göstərəcək. Mövqeyimizin güclənməsi praktiki baxımdan regional proseslərə təsir imkanlarımızın artmasına səbəb olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.