Türkiyəli ekspert: "TANAP - dünya enerji bazarlarında dəyişiklik edəcək nəhəng bir layihədir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Trans-Anadolu qaz kəmərinin (TANAP) - dünya enerji bazarlarında dəyişiklik edəcək nəhəng bir layihədir.
Milli.Az bildirir ki, bunu Trend-ə beynəlxalq iqtisadi əlagələr üzrə mütəxəssis Murat Akan deyib.
M.Akan deyib: "Bildiyiniz kimi, Trans-Anadolu qaz kəmərinin "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək. TANAP, Cənubi Qafqaz Boru Kəməri və Trans-Adriatik (TAP) qaz boru kəməri ilə "Cənub qaz dəhlizi" təşkil edəcək. Uzunluğu 1850 kilometr olan TANAP Türkiyənin 20 şəhərindən keçəcək. TANAP, Türkiyə ilə Azərbaycanın həyata keçirdiyi uğurlu əməliyyatlardan olacaq. TANAP - dünya enerji bazarlarında dəyişiklik edəcək, Türkiyə ilə Azərbaycanın arasında qardaşlıq əlagələrini və türk dünyasında birliyi əbədiləşdirən nəhəng bir layihədir".
Türkiyəli mütəxəssis, Türkiyə ilə Azərbaycanın birgə həyata keçirdiyi bu nəhəng layihənin açılışının Avropada və Türkiyədə təbii qaza olan tələbatı təmin edəcəyini qeyd edib.
M.Akan yekun olaraq deyib: "TANAP-ın açılışından sonra Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) inşası başa çatacaq. Bundan sonra qaz Avropaya veriləcək. Bu layihə digər türk xalqları ilə münasibətlər üçün model olacaq. Bu boru xətti də Azərbaycanı Avropa ilə birləşdirəcək. Türkiyə təbii qaz idxalından asılıdır və buna görə də təbii qaz təchizatının təhlükəsizliyinə ehtiyacı var. Buna görə TANAP, Türkiyədəki qaza olan tələbatı ödəmək üçün vacib bir layihədir ".
Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.
Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Cəmi 2 manata ev sahibi olun
-
Mərhum Xalq artistinin abidəsi adi olmayacaq
-
Avqustun 26-da hava dəyişir: Şimşək çaxacaq, leysan yağacaq
-
Robert Köçəryan və oğlunun saxlanılma görüntüləri - (Video)
-
Xocavənd rayonuna daha 43 ailə yola salındı
-
Yevlaxda yanacaqdoldurma məntəqəsində yanğın: Xəsarət alan var
-
200-dən çox vakansiya: Sloveniyada işləmək istəyənlərin nəzərinə
-
700 bal toplayan Samir bu universitetdə təhsil alacaq
-
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir
-
Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
-
İnvestorlara daha bir imkan: Azərbaycanda yeni mexanizm işə düşür
-
Göyçayda narkotik əməliyyatı: 51 bitki və 2 silah götürüldü
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Video)
-
Hərbi toplanış kimlər üçün məcburi deyil?
-
Cabir İmanovun məzarüstü abidəsi hazırlandı - (Foto)
-
"Atletiko" ona 150 milyon avro qiymət qoydu
-
İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
-
“Hadrut fatehi”nin xanımı da tələbə oldu - (Foto)
-
Bu il 34 şəhid övladı universitetə qəbul oldu - Siyahı
-
Metro bu gecə gec bağlanacaq
-
Xəbər vermədən övladını sinifdə saxladılar - (Video)
-
Çində robot Usain Boltun rekordunu geridə qoydu - (Foto)
-
Qaradağda 45 yaşlı kişini tok vuraraq öldürdü
-
“Tvente” "Qarabağ"la oyun öncəsi futbolçusu ilə bağlı qərar verdi





