Nazirlik: TANAP əvvəldən Türkiyə və Azərbaycan üçün prioritet olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi lap əvvəldən Türkiyə və Azərbaycan üçün prioritet olub.
Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildiriblər.
Nazirlikdən bildiriblər ki, TANAP Avropanın enerji təhlükəsizliyini təmin edəcək:
"TANAP təkcə Türkiyə və Azərbaycan üçün deyil, həm də Avropa üçün vacibdir, çünki məhz bu layihə sayəsində Xəzər hövzəsindən ilk dəfə təbii qaz Avropa bazarlarına daxil olacaq".
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.
Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın xarici dövlət borcu azaldı
-
“Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir
-
Azərbaycanda avro və rubl bahalaşdı
-
“Zəngəzur” tankeri Böyük Britaniyanın sanksiya siyahısından çıxarılıb
-
Marketlərdə satılan bəzi şirələrdə qadağan olunmuş maddə aşkarlandı
-
Pulsuz bank kartı alanların nəzərinə - Bu şərtləri mütləq oxuyun
XƏBƏR LENTİ
-
Qorxmaz Əlilicanzadə üz iflici keçirib
-
Azərbaycan və Meksika arasında diplomatik əlaqələr müzakirə edilib (Foto)
-
İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib (Foto)
-
Naxçıvanda avtobuslar yandı (Foto)
-
Gilası qış üçün dondurmağın yolları
-
Afət Seyidzadəyə vəzifə verildi
-
"Oğlum evlənmir, pişiyi gətirib ki, bu da sənə nəvə"
-
Əsgər futbolçu qayıdır: Zamiq Əliyevin hərbi xidmət problemi həll olundu
-
Elşən Türkiyədə seriala çəkilir (Foto)
-
Ermənistan vətəndaşlarının məhkəməsi çıxışlarla davam etdirilib (Foto)
-
İran bizdən xahiş etdi, biz də razılaşdıq - Tramp
-
Mane milli ilə vidalaşdı
-
Goranboyda yol qəzası - 3 nəfər xəsarət alıb (Foto)
-
Bakıda partlayışda ölən ailənin (Fotosu)
-
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi (Foto)
-
"Türkiyədə qəribə insanların əlinə düşdüm" - İradə İbrahimova
-
Vaşinqton İrana qarşı yeni əməliyyata tam hazır vəziyyətdədir
-
Rusiya son bir həftədə Ukraynanın 5 minə yaxın dronunu vurdu
-
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib
-
Konor Makqreqor UFC-yə qayıdır
-
“Samsunspor”un keçmiş futbolçusu "Şəfa"da!
-
Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu - (Video)
-
Hava pisləşəcək: İntensiv yağış, sel keçəcək
-
Abdullah Zubir 300-cü qolunu vurub





