Körfəz ölkələri səyahətçilərinin Azərbaycanla bağlı onlayn axtarışları 60 faiz artıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2018-ci ilə nisbətən bu il Körfəz ölkələri səyahətçilərinin Azərbaycanla bağlı etdiyi onlayn axtarışlar 60 faiz artıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə tanınmış "Wego" onlayn turizm platformasının Yaxın Şərq və Hindistan üzrə direktoru Mamoun Hmedan deyib.
O, son illər keçirilən beynəlxalq yarışların, istirahət üçün unikal turizm infrastrukturunun, həmçinin qida çeşidlərinin bolluğunun Körfəz ölkələri səyahətçiləri üçün Azərbaycanı cəlbedici ölkəyə çevirdiyini vurğulayıb.
Azəbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib ki, Azərbaycana son illərdə Yaxın Şərqdən gələnlərin sayında ciddi artım müşahidə olunur.
F.Zenqstşmid 2018-ci ildə Azərbaycana Körfəz ölkələrindən olan 200 mindən artıq turistin gəldiyini və bu rəqəmin əvvəlki ilə nisbətdə 30% çox olduğunu qeyd edib.
F.Zenqstşmid bu əməkdaşlığın gələcəkdə Avropa və Asiya sərhədində yerləşən, Şərq və Qərbin unikal vəhdəti olan Azərbaycana daha çox turistin səfər etməsinə səbəb olacağını diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu əsasən Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə tanınmış "Wego" onlayn turizm platforması ilə əməkdaşlığa başlayıb.
Qeyd edək ki, 52 ölkədə nümayəndəliyi olan, veb saytı 20 dildə fəaliyyət göstərən, eyni zamanda tətbiqetməsi 16 milyondan çox insan tərəfindən istifadə edilən "Wego" platforması hotel və uçuşlar üzrə fəaliyyət göstərən 700 saytda baş verən prosesləri real vaxtda istifadəçilərinə təqdim edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır





