İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

7 Avqust 2019 23:12
0 Şərh     Baxış: 940

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 6-da 62,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel azdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,8 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,72 dollar/barel azdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.