İqtisadiyyat

Türkmənistan Xəzər iqtisadi forumuna hazırlıq işlərinə başladı

18 Avqust 2018 12:52
0 Şərh     Baxış: 1 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov 2019-cu ildə Xəzər iqtisadi forumunun keçirilməsi üçün hazırlıq işlərinə başlamaq tapşırığı verib.

Milli.Az bildirir ki, bu barədə Trend "Neytral Türkmənistan" qəzetinə istinadən məlumat verir.

Dövlət başçısı, həmçinin Xəzərdə təhlükəsizliyin təmini üzrə fəaliyyəti aktivləşdirməyi, o cümlədən dənizdə axtarış-xilasetmə işləri haqqında beştərəfli sazişin hazırlanmasında fəal iştirak etməyi tapşırıb.

B.Berdiməhəmmədov bildirib: "Biz Xəzər dənizində elmi tədqiqatların aparılması haqqında beştərəfli sazişin hazırlanmasında da iştirak etməliyik".

Xatırladaq ki, bundan əvvəl Türkmənistan daimi fəaliyyət göstərən Xəzər iqtisadi forumunun - region ölkələrinin hökumət və işgüzar dairələrinin nümayəndələri üçün xüsusi danışıqlar meydanının yaradılması təşəbbüsü ilə çıxış edib.

Qeyd edək ki, cari ilin payızında Türkmənistanda Xəzər dənizinin hidrometeorologiya üzrə əlaqələndirmə komitəsinin sessiyası keçiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.