İqtisadiyyat

ARDNŞ-də yeni departament yaradılıb

27 Aprel 2011 13:30
Baxış: 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Neft Şirkətində (ARDNŞ) kadrların seçilməsi, işə qəbul olunması, səmərəli yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması və insan resurslarının idarə edilməsi üzrə digər işlərin təkmilləşdirilməsi məqsədi ilə "İnsan resursları departamenti" yaradılıb. Millt.Az xəbər portalının ARDNŞ-nin internet saytına istinadən verdiyi məlumata görə, departament "Uçot və işçilərlə əlaqələr", "Təlim və inkişaf" və "İşə qəbul və yerləşdirmə" şöbələrindən ibarətdir. Yeni yaradılmış departament insan resurslarının idarə edilməsi üzrə işlərin vahid mərkəzdən və peşəkar səviyyədə idarə olunmasını həyata keçirəcək. Müvafiq struktura malik olan yeni departamentin yaradılması Şirkətin idarə və müəssisələrində bu sahədə fəaliyyətin optimal tənzimlənməsinə yönələn ümumi norma, tələb və qaydaları müəyyən edən standart sənədlərin işlənməsində, qəbul edilməsində və tətbiq olunmasında operativliyi təmin edəcək, ümumiyyətlə, insan resursları üzrə fəaliyyətin təkmilləşdirilməsinə xidmət göstərəcək.

Artıq departamentin şöbələrinə ilk təyinatlar olub. ARDNŞ-nin Təqaüd Proqramının ilk iştirakçılarından olmuş Oksford Universitetinin magistri Tural Əliyev "Təlim və inkişaf" şöbəsinin, Oklahoma Universitetinin magistri Teymur Mahmudov isə "İşə qəbul və yerləşdirmə" şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.