İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda mobil abunəçiləri yenilik gözləyir
16 Aprel 2011 13:04
Baxış: 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə ay bundan əvvəl rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxışında Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorları tənqid edərək onlardan bəzilərinin hələ də kontur sistemindən manat-əsaslı ödəmə sisteminə keçməmələrini pislədi. Nazirin bu çıxışından sonra mobil rabitə operatorları əməli işə keçərək danışıq tariflərinin konturla deyil, manat ödəmə sistemi ilə müəyyənləşdirilməsi istiqamətində işlərə başlayıb. Artıq may ayının 1-dən ölkəmizdə fəaliyyət göstərən mobil operatorların manat-ödəmə sisteminə keçəcəkləri gözlənilir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə mobil operatorlarla mayın 1-dək manat ödəmə sisteminə keçmələri haqqında razılıq əldə olunduğunu təsdiqləyiblər. Verilən məlumata görə, mobil operatorların mayın 1-dək yeni sistemə keçmələri ilə bağlı nazirlikdə öhdəlik-müqavilə imzalanıb.
Azərbaycanda fəaliyyət göstərən ən iri mobil operator "Azercell Telekom" MMC-dən verilən məlumata görə, şirkət artıq bir ilə yaxındır ki, yeni sistemə keçməklə bağlı texniki hazırlıq işlərini həyata keçirir. Şirkət yaxın günlərdə manat-ödəmə sisteminə keçəcək və bu haqda məlumat mətbuatda öz əksini tapacaq. Məlumata görə, şirkətin kontur sistemindən manat-ödəmə sisteminə keçməsi bu quruma yalnız texniki cəhətdən müvəqqəti çətinlik törədəcək. Belə ki, "Azercell" 15 ildən artıq bir müddətdir ki, kontur ödəmə sistemi ilə fəaliyyət göstərir. Yeni sistemə keçid texniki cəhətdən çətinlik yaratsa da, artıq hazırlıq işləri demək olar ki, yekunlaşıb və "Azercell Telekom" MMC RİTN-nin təyin etdiyi vaxtadək manat-ödəmə sisteminə keçə biləcək.
"Bakcell" şirkəti də RİTN-nin onlar qarşısında manat-ödəmə sisteminə keçmələrini öhdəlik kimi qoyduğunu təsdiqləyib. Şirkətin mətbuat xidmətindən məlumata görə, əslində şirkətdə bunadək də manat sistemi mövcud olub. Ancaq bu, hələlik "Klass" abunəçilərinə aid edilib. Bundan sonra isə manat tarifikasiya sistemi "Cin" abunəçilərinə də aid ediləcək. Belə ödəmə üsulu "Bakcell"in səsli zənglər və digər xidmətlərinə də şamil olunacaq. "Bakcell"dən verilən məlumata görə, yeni sistemə keçidlə bağlı şirkət xeyli vəsait və zəhmət sərf edib. Hazırlıq işlərinin yaxın günlərdə yekunlaşması gözlənilir. Bundan başqa, "Bakcell" şirkəti abunəçilərini yeni manat-ödəmə sisteminə uyğunlaşdırmaq məqsədilə artıq reklam materiallarında "kontur" sözlərini "dəqiqə" və "manat"la əvəzləyib. Yeni ödəmə sisteminə keçiddən sonra "Bakcell"də danışıq tarifləri əvvəlki kimi qalacaq. Şirkətdən o da bildirilib ki, nazirlik mobil opertorlara yeni sistemə keçidlə bağlı son müddət kimi iyunun 1-nə qədər vaxt verib.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən digər mobil operator - Azərfon MMC ilk gündən manat ödəmə sistemi ilə fəaliyyət göstərir.
İqtisad elmləri doktoru, professor Zahid Məmmədov RİTN-nin kontur sistemindən manat-ödəmə sisteminə keçidlə bağlı verdiyi qərarı alqışlayır. Onun sözlərinə görə, hər bir ödənən malın qarşılığında onun dəyər ölçüsü olaraq pul iştirak etməlidir.
"İnsanlar mobil danışığa görə pul ödəyəndə balanslarından 20, yaxud da 30 kontur silinməsi əvəzinə, pulun məbləğinin azalmasının şahidi olmalıdırlar. Bu sistem vətəndaşlarımıza mobil telefonlarının balansına şəffaf şəkildə nəzarət etməyə imkan verəcək. Bu bir növ ədalət düsturudur. Mən RİTN-nin kontur sistemindən manat-ödəmə sisteminə keçidlə bağlı verdiyi qərarı alqışlayıram. Hər bir ödənən malın qarşılığında onun dəyər ölçüsü olaraq pul iştirak edir. Bu başqa cür ola da bilməz. Bu aksiomdur", - deyə Zahid Məmmədov bildirib. İqtisadçı bəzən ölkəmizə gələn xarici qonaqların mobil telefondan istifadə edən zaman kontur sistemi ilə qarşılaşıb, çaş-baş qaldığının da dəfələrlə şahidi olduğunu qeyd edib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qeyri-sabit hava otun qiymətini bahalaşdıra bilər
-
7-ci sinif şagirdi dünyasını dəyişdi
-
İllər sonra DANIŞDI: “Artıq liftə qadınla minmirəm”
-
Neft rekorda doğru - Qiymət görün neçə dolları keçdi
-
Dünənki imtahanın cavabları nə vaxt açıqlanacaq?
-
İşə çatan kimi yuxunuz gəlir? - Bu üsullar sizi dərhal ayıldacaq
-
"Anamdan bir dəfə "səni sevirəm" sözünü EŞİTMƏDİM"
-
Bakının bu ərazilərində işıq 3 saatlıq KƏSİLƏCƏK
-
Van Persi qovuldu
-
Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
-
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
-
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
-
İyun ayı BÜRCLƏRə nə vəd edir?
-
Qarpız salatı resepti
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?