İqtisadiyyat

Sənədli torpaq sahələri bahalaşır - VİDEO

3 Oktyabr 2025 07:07
Baxış: 422
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının mərkəzinə yaxın, infrastrukturla təmin olunmuş torpaq sahələrinə tələbat artıb.

Qiymətləndiricilər Palatasının məlumatına görə, torpaq qiymətlərində son dövrdə 15-20 faiz artım qeydə alınıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, təklifin məhdudluğu və tikinti üçün əlverişli ərazilərə maraq nəticəsində torpaq qiymətlərində artım olub. Onun sözlərinə görə, bəzi yerlərdən artım daha yüksəkdir.

Ekspertin sözlərinə görə, şəhərin mərkəzinə yaxın torpaq sahələri məhdud olduğu üçün bu ərazilərdə də qiymətlərdə yüksək artım var.

Ekspert bildirir ki, Sumqayıt və  Xırdalan şəhərlərində torpaq qiymətləri son 1 ildə 10-12 faiz arasında artıb. Ən az artım isə kənd təsərrüfatı torpaqlarında qeydə alınıb.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.