ABŞ Energetika Nazirliyi 2025-26-cı illər üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu təsdiqləyib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) son proqnozuna görə, 2026-cı ildə Azərbaycanda orta gündəlik neft hasilatı 0,54 milyon barel təşkil edəcək.
Trend-in məlumatına görə, ölkədə xam neft hasilatı üzrə proqnoz əvvəlki qiymətləndirmə ilə müqayisədə dəyişməz qalıb.
2026-cı ildə hasilatın birinci rübdə sutkada 0,55 milyon barrelə başlaması, ikinci rübdə 0,54 milyon barrelə enməsi, daha sonra üçüncü və dördüncü rüblərdə 0,53 milyon barrelə enəcəyi gözlənilir.
2025-ci il üçün də EIA orta gündəlik hasilatı 0,57 milyon barel nəzərdə tutaraq proqnozunu dəyişməz saxlayıb. Birinci və ikinci rüblərdə bu göstərici sutkada 0,57 milyon barel, ilin ikinci yarısında isə cüzi azalma ilə sutkada 0,56 milyon barel səviyyəsində proqnozlaşdırılır.
2024-cü ilin yanvar-iyun ayları üzrə əməliyyat məlumatlarına əsasən, neft hasilatının ümumi həcmi kondensat da daxil olmaqla 13,7 milyon ton təşkil edib. Bunlardan 8 milyon tonu "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının, 1,9 milyon tonu "Şahdəniz"in, 0,3 milyon tonu isə "Abşeron"un payına düşüb. SOCAR-ın hasilatı kondensat da daxil olmaqla 3,5 milyon ton təşkil edib.
2024-cü ilin birinci yarısında neft, o cümlədən kondensat ixracı 11,6 milyon tona çatıb ki, bunun da 9,9 milyon tonu AÇG konsorsiumunun, 1,4 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə "Abşeron"un payına düşüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
-
Azərbaycanda iki sosial müavinət artırılır - Yeni məbləğ
-
Ev almaq istəyənlər tələssin: Mənzil qiymətləri arta bilər
XƏBƏR LENTİ
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Tanınmış rus bloger İslamı qəbul etdi
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Güclü külək əsəcək - Xəbərdarlıq





