Qiymət arta bilər - Qazın ödənişində yeni qayda
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclisin "Qaz Təchizatı Haqqında" yeni qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Layihəyə əsasən, qaz istehlakından asılı olmayaraq, hər bir istehlakçıya müəyyən edilən aylıq ödəniş "sabit tarif" olaraq qəbul ediləcək. Bildirilir ki, bu, qaz istehlakından asılı olmayan sabit xərclərin qarşılanması məqsədini güdür. Lakin qeyd edilən istiqamətdə bəzi məqamlar hələ də aydın deyil.
Əsas məqsəd nədir? Bu tətbiq tarif xərclərinin artmasına səbəb ola bilərmi?
Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, sabit tarif xidmətə çıxış üçün nəzərdə tutulan ödəniş və yaxud haqq deməkdir:
"Yəni istehlakçının faktiki istehlak etdiyi deyil, bir növ, bir neçə məkanda istehlak imkanına sahib olduğu üçün müvafiq ödəniş elementidir. Başqa sözlə desək, infrastruktura görə ödənilən və yaxud ödənilməli olan məbləğdir. Sözügedən tarif növünün ən sadə izahı bundan ibarətdir. Əsas məqsəd isə infrastruktur xərcləri ilə istehsal xərclərini biri-birindən ayırmaqdır".
İqtisadçı bildirib ki, xarici praktikada da belə tariflər mövcuddur:
"Ümumiyyətlə, sabit tarif siyasətinin effektivliyi sual altındadır. Bu, hansı mexanizm əsasında tətbiq olunacaq? Eyni istehlakçının kommunal və enerji xidmətlərinə çıxış imkanları necə müəyyən ediləcək? Beləliklə, sabit tarifin tətbiqi, əslində, dövlətin üzərinə düşən yükün bir hissəsinin vətəndaşlara yönləndirilməsi mənasına gələcək. Reallıq ondan ibarətdir ki, qiymətlər arta bilər".
Qeyd edək ki, "Qaz təchizatı haqqında" qanun layihəsi (üçüncü oxunuş) Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Deputatlar təsdiqlədikdən sonra Prezidentin imzası ilə qanunlar qüvvəyə minəcək. Ancaq qaz təchizatı haqqında qanunun bəzi müddəaları dərhal qüvvəyə minməyəcək.
Belə ki, qanun layihəsinə görə, sənəd 2026-c ilin yanvarın 1-də qüvvəyə minəcək. Qanunun bəzi müddəaları (qazın paylanması tarifləri) 2027-ci ildə, bəzi maddələri (Qaz təchizatı sektorunda dövlətin vəzifələri) 2028-ci ildə tətbiq ediləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dambrauskasdan "Fənərbağça" açıqlaması
-
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir - Yenilənib
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
Elgün Nurulla işindən ayrıldı
-
“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Siyasi varislik, yoxsa milli xəyanət?
-
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
ADY fotomüsabiqə elan edib
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq





