İqtisadiyyat

Neftimiz ucuzlaşdı

28 May 2025 11:15
Baxış: 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.

Milli.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,29 ABŞ dolları azalaraq 66,43 ABŞ dollarına enib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,72 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.