İqtisadiyyat

Pulumuzu hansı valyutada saxlasaq yaxşıdır?

4 Mart 2025 23:48
Baxış: 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son dövrlərdə iqtisadi vəziyyətin qeyri-sabitliyi və valyuta bazarlarında baş verən dəyişikliklər insanları pullarını necə saxlamalı olduqları barədə düşündürür.Pulun nəğd və ya nəğdsiz saxlanılmasından asılı olmayaraq hər zaman dəyər itirir. Hətta manatı dollara çevririb saxlamaq da onun dəyər itirməsinə mane ola bilmir".

Milli.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, məsələn 2000-ci ilin əvvəlində Bakıda 3 otaqlı mənzil almağa imkan verən dollar bu gün eyni məbləğdə yalnız mənzilin balkonunu və ya hamamını almağa yetir. Bu, pulun zamanla necə dəyər itirdiyini göstərən konkret bir nümunədir.

"Başqa bir maraqlı misal isə ABŞ-ın 1867-ci ildə Rusiyadan Alyaskanı 7,2 milyon dollara almasıdır. Bu gün eyni məbləğdə dollarla Bakıda bir villa almaq mümkündür. Bu nümunələr pulun saxlama şəraitinə və valyutaya baxmayaraq dəyərini itirməyə davam etdiyini bir daha göstərir".

Ekspert qeyd edib ki, passiv şəkildə saxlanılan vəsaitin zamanla sahibindən xəbərsiz "öləcək". 

Mütəxəssislər uzun müddətli investisiya və aktiv valyutaların saxlanılması barədə diqqətli olmağı tövsiyə edirlər.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.