İqtisadiyyat

5 sığorta şirkətinə icrası məcburi göstəriş verildi

15 Yanvar 2025 11:10
Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mərkəzi Bankı (AMB) beş sığorta şirkətinə icrası məcburi göstəriş verib.

Milli.Az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində "Atəşgah", "İpək Yolu Sığorta", "Paşa Sığorta", "Xalq Sığorta" və"Azərbaycan Sənaye Sığorta" şirkətlərinin "Sığorta fəaliyyəti haqqında" qanunda risklərin təkrarsığortalanması ilə bağlı müəyyən edilmiş tələblərin təmin edilmədiyi məlum olub.

Mərkəzi Bank bu məqsədlə sözügedən sığorta şirkətlərinə Qanunun 102.2.9-cu maddəsinə əsasən icrası məcburi olan göstəriş verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.