“Qarabağ KOB-ları layihəsi”nin 2024-cü ildə icrasına dair tədbir keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, İnkişaf Korporasiyası və Milli Təhsil Texnologiya Mərkəzinin birgə tərəfdaşlığı, "Paşa Holding" MMC-nin maliyyə dəstəyi ilə reallaşdırılan "Qarabağ KOB-ları layihəsi"nin 2024-cü ildə icrasına dair tədbir keçirilib.
Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, iş adamları və biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Sonra "Qarabağ KOB-ları" layihəsinə dair video çarx nümayiş olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş sosial dəstək paketindən bəhs edib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin göstərişi ilə həyata keçirilən dəstək paketinin bir istiqaməti olaraq nazirlik tərəfindən 25,3 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib, onlardan 12,2 min şəxs özünüməşğulluq proqramına, 1054 nəfər peşə hazırlığına cəlb edilib, digərləri münasib işlə təmin olunub. Özünüməşğulluq proqramı çərçivəsində sosial tərəfdaşlarla birgə həyata keçirilən layihələr üzrə isə 524 şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik təsərrüfatlar qurulub.
"Qarabağ KOB-ları" layihəsinin şəhid ailələri, müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğuna dəstək verilməsində önəmi qeyd edilib. KOBİA tərəfindən təşkil olunan təlimlərlə layihə iştirakçılarının biznes biliklərinin və bacarıqlarının artırıldığı diqqətə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərlə bağlı məşğulluq tədbirlərindən də bəhs olunub, həmin sakinlərdən iqtisadi fəal əhalinin artıq 86 faizinin məşğulluğunun təmin edildiyi qeyd olunub.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov "Qarabağ KOB-ları layihəsi"nin ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin və dəstəyin tərkib hissəsi olduğunu, qazilərin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə 2023-cü ildən icra olunduğunu qeyd edib. Bildirilib ki, layihə çərçivəsində 2024-cü ildə Bakı, Gəncə, Bərdə, Goranboyla yanaşı, Füzulidə, Laçın rayonunun Zabux və Zəngilan rayonunun Ağalı kəndlərində 70 KOB subyekti yaradılıb. Ümumilikdə isə indiyədək layihə çərçivəsində 120 KOB subyekti yaradılıb. Onlar üçün biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən zəruri təlimlər keçirilib, seçdikləri fəaliyyət proqramları üzrə peşə kursları təşkil olunub. Təlimləri və peşə kursunu uğurla bitirənlər özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlarla təmin edilib. Layihədən faydalanmış sahibkarların məhsul və xidmətlərini təqdim edə biləcəkləri platforma da yaradılıb. "Qarabağ KOB-ları layihəsi"nin 2025-ci ildə də davam etdirilməsi nəzərdə tutulur.
Həmçinin, "Qarabağ KOB-ları layihəsi"nə cəlb edilmiş Vətən Müharibəsi iştirakçısının ailə üzvü Aynur Məmmədova və "PAŞA Holding" MMC-nin Aparat rəhbəri Dəyanət Sədullayev layihə barədə təəssüratlarını bölüşüblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
XƏBƏR LENTİ
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
JONY ad və soyadını dəyişdi
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi





