Qızıl daha da BAHALAŞACAQ? – MÜHÜM PROQNOZ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qızıl yenidən bahalaşıb. Ötən gün Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,23% artaraq 2 683,2 ABŞ dollarına bərabər olub.
Ümumilkdə isə qızılın qiyməti son bir ildə 36 faizdən çox artıb. Əgər bir il əvvəl qızılın troya unsiyası (31,1 qram) 1840 dollara satılırdısa, hazırda bu qiymət 2665 dollardır. Bir il ərzində qızılın bir qramının dəyəri 59 dollardan 86 dollara qədər yüksəlib.
Qızılın bahalaşması Azərbaycanda da müşahidə edilir.
Bir il əvvəl 5 qramlıq 750 əyar qızıl üzüyün qiyməti 550 manat olduğu halda, hazırda 660 manatdan yüksəkdir.
Qızılın bahalaşmasının səbəbi ABŞ-də uçot dərəcəsinin aşağı salınması gözləntisi ilə bağlıdır. Bir neçə gün öncə ABŞ-nin mərkəzi bankı faizləri 50 bənd aşağı salıb. Gözlənilir ki, bu, son deyil və faizlər bir qədər də endiriləcək. Faizlərin azaldılması ilə yanaşı, ABŞ mərkəzi bankının pul-kredit siyasətini tədricən yumşaldacağı da gözlənilir. Hər iki dəyişikliklə əlaqədar investorlar qızıl yığımını artırır. Çünki dollar ucuzlaşanda və qiymətli kağızlar üzrə gəlirlilik azalanda qızılın dəyəri yüksəlir.
Proqnozlara görə, yeni vəziyyətdə bir troya unsiya qızılın dəyəri 3000 dolları ötə bilər. Qızılın bir qramının qiyməti isə 100 dollara çata bilər.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, bir çox ölkələr son zamanlar diversifikasiya edir, öz ehtiyatlarını dollardan, avrodan və digər valyutalardan geri çəkərək daha çox qızıla çevirir.
"Belə ölkələrə misal kimi Rusiyanı, Çini, Hindistanı və hətta Türkiyəni göstərmək olar. Bir çox ölkələr son 4-5 il ərzində valyuta ehtiyatlarını daha çox qızılla əvəzləyir. Təbii ki, bütün bunlar qızılın bahalaşmasına səbəb oldu. Qızıla olan tələbatı artıran bir səbəb də Ukrayna-Rusiya müharibəsidir. Çünki son bir neçə ildə Rusiyanın milyardlarla dollarlıq valyuta ehtiyatları Qərb tərəfdən donduruldu.
Bu hadisədən sonra bir çox ölkə öz ehtiyatlarını xarici valyutada saxlamaqdan çəkinir. Ona görə də qızıla tələbatın artması qaçılmazdır. Elə ötəngünkü impulsiv bahalaşma da bundan irəli gəlir. Görünən odur ki, yaxın zamanda qızıl bahalaşmaqda davam edəcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi





