İqtisadiyyat

Azərbaycanda çörəyin qiyməti bahalaşacaq? - AÇIQLAMA

30 May 2024 18:46
Baxış: 1 559
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Azərbaycanda un bahalaşıb. Belə ki, aprel ayında 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Bu ay isə qiymət 27 manat 35 qəpiyə qədər artıb.

Bəs görəsən, unun qiymətindəki artım çörəyin bahalaşmasına təsir göstərəcək?

Milli.Az xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev "Unikal"a açıqlamasında bildirib ki, ölkədə çörəyin qiymətinin artması gözlənilmir.

"Ola bilsin ki, bu aylarda un məhsullarına olan tələbat yüksəldiyi üçün müəyyən qiymət artımı olsun. Bir neçə gündən sonra buğda və arpa biçininə başlanılacaq. Sözsüz ki, bazar tənzimlənməlidir. Ona görə də narahatlığa səbəb yoxdur", - deyə komitə sədri bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.