İqtisadiyyat

Pensiyalarda nə qədər artım olacaq? - Nazir müavini açıqladı - VİDEO

25 May 2024 10:32
Baxış: 2 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Komitə iclasında həmçinin veteran pulunun artırılması məsələsi də təklif edilib. Bu məsələ ilə bağlı çıxış edən  millət vəkili  Aqil Məmmədov deyib ki, cəmi 80 manat olan veteran pulu nəqliyyat və digər xərclər üçün nəzərdə tutulub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, postmüharibə dövründə veteranlara göstərilən sosial dəstək tədbirlərindən 105 mini sosial ödənişlərə aiddir. Sosial ödənişləri mütəmadi nəzərdən keçirməklə yanaşı, onların sosial inteqrasiyası da diqqət mərkəzindədir.

İclasda komitə sədri Musa Quliyev isə deyib ki, pensiyaçıları maraqlandıran əsas məsələ gələn il pensiyalarda nə qədər artım olacağıdır. Nazir müavini Anar Kərimov bu sualı da cavablandırıb. Bildirib ki, hələlik belə yekun qərar yoxdur.

Ətraflı videoda:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.