İqtisadiyyat

Qızıl ucuzlaşır: Ekspertdən xəbərdarlıq

7 May 2024 07:30
Baxış: 1 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qızılın qiymətində enmə müşahidə edilir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, satıcılar bildirirlər ki, son bir həftədə qızılın satış qiyməti nisbətən düşüb.

Qızıl ucuzlaşdığı zaman investorlar bu məhsula yatırım etmək istəyirlər. Bəs baha alınıb ucuz satılan qızıla yatırım etmək nə qədər sərfəlidir?

İqtisadçı Rəşad Həsənov hesab edir ki, indiki vəziyyətdə qızıl əşyalarına yatırım etmək risklidir. Onun sözlərinə görə, qızıl bazarında qiymətlər tez-tez dəyişir. Odur ki, bu məhsula investisiya etmək arzusunda olan şəxslər ehtiyatlı olmalıdırlar.

Satıcıların sözlərinə görə, qızıl satılanda üzərindəki bər-bəzəkli qaş nəzərə alınırsa, alınan zaman sadəcə qızılın çəkisi qiymətə vurulur. Bu da müştəri üçün itki sayılır.

Qeyd edək ki, hazırda qızıl bazarında Türkiyə istehsalı olan qızılın bir qramının qiyməti 105, italyan qızılı 125-135, ərəb qızılı isə 145 manatdan başlayır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.