İqtisadiyyat

Karqo şirkətlərindən narazı olanların nəzərinə!

30 Aprel 2024 14:35
Baxış: 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Artıq vətəndaşlar xidmətindən narazı qaldıqları karqo şirkətlərindən tənzimləyici quruma şikayət edə biləcəklər.

Milli.Az İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə istinadən xəbər verir ki, bununla bağlı "E-Şikayət" sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlanıb. 

İstifadəçilər bunun üçün müvafiq link vasitəsilə "E-Şikayət" sisteminə daxil ola bilərlər. "İdentifikasiya nömrəsi ilə" bölməsinə daxil olduqdan sonra avtomatik olaraq "Abunəçi" səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış "Abunəçi kabineti"ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.

Hazırda həm də "E-Şikayət" sistemi vasitəsilə internet, telefon rabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiya xidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.

Həmçinin adıçəkilən sistemdə vətəndaşlarla yanaşı, poçt rabitəsi operatorlarının da müvafiq səhifəyə daxil olması üçün imkan yaradılıb. Belə ki, lisenziyalı poçt rabitəsi operatorlarının sistemin idarə olunması üzrə təlimatlandırılmış əməkdaşı müraciət və ya şikayətlə tanış olmaq və onu icra etmək üçün qeyd olunan linkə keçid edərək şirkətin rəsmi səhifəsinə daxil ola biləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.