İqtisadiyyat

2024-cü ildə də sahibkarlar yoxlanılmayacaq - Bayramov

26 Dekabr 2023 21:34
Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il artırılır. Müəyyən yoxlamalar istisna olmaqla, digər bütün yoxlamalar 2024-cü ildə də aparılmayacaq. Bu müəyyən edilmiş məhdudiyyətləri nəzərə almaqla müddət ərzində yalnız bu yoxlamalar ola bilər: vergi, maliyyə bazarları sahəsi, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyəti, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib.

"Digər mühüm məqam daha öncə qanunvericiliyə edilən dəyişikliklərə əsasən, yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir. Yəni yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək", - o bildirib.

Bayramov qeyd edib ki, bu qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.