İqtisadiyyat

Yerli banklar artıq bu pulları QƏBUL ETMƏYƏCƏK? - AÇIQLAMA

14 Noyabr 2023 21:09
Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bəzi kommersiya bankları 2006-cı ildə tədavülə buraxılmış ABŞ dollarını qəbul etmir.

Milli.Az xəbər verir ki, bunu Referans.az-ın redaksiyasına müraciət edən vətəndaşlar iddia edirlər. Məzmun etibarı ilə eynilik təşkil edən bir neçə müraciətdən də bu nəticəyə gəlmək olar ki, bankların bir çoxu 2006-cı il və ya bundan əvvəl tədavülə buraxılmış ABŞ dollarını manata dəyişməkdən imtina edirlər.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli danışıb.

"Azərbaycanda xarici valyutaların dəyişdirilməsi ilə bağlı Mərkəzi Bankın qərarları və yaxud instruksiyaları var. Buna görə də hansısa dövlətin rəsmi valyutasını Azərbaycan bankları istədikləri formada qəbul edə bilməzlər. Bu Mərkəzi Bankın tərəfindən tənzimlənir. Hazırda Mərkəzi Bankın belə bir qadağası və ya qərarı yoxdur. Əgər belə bir hal varsa, bu, bankların özlərinin tətbiq etdiyi bir sistem ola bilər. Bunu edən banklar istehlakçıların hüquqlarını pozmuş olurlar, çünki Azərbaycanda belə bir qayda tətbiq olunmur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.