İqtisadiyyat

Ölkədə kartof yığımı azalıb

29 Avqust 2023 17:50
Baxış: 1 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda 32 min 665 hektar sahədən 664 min 921.7 ton kartof yığılıb.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8% və ya 12 min ton azdır. 2022-ci ilin yanvar-iyul aylarında 34 min 762 hektar sahədən 676 min 984 ton məhsul yığılıb.

Qeyd edək ki, hesabat dövründə ən çox kartof Cəlilabad (161500 ton), Şəmkir (143750 ton) və Tovuz (136055 ton) rayonlarından yığılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.