İqtisadiyyat

Maliyyə Nazirliyindən xoş proqnoz

7 Avqust 2023 19:54
Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEC+ ölkələrinin qərarı 2023-cü ilin əvvəlində müşahidə olunan enerji daşıyıcılarının qiymətinin ucuzlaşması tendensiyasının bahalaşma ilə əvəz olunmasına imkan yaradacaq.

Milli.Az Azərbaycan Respublikası Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, beynəlxalq maliyyə institutları və agentlikləri Brent markalı neftin orta illik qiymətinin təqribən 75-80 dollar olacağını proqnozlaşdırır.

Nazirlik həmçinin, Azərbaycanın xam neftinin bir barelinin orta illik ixrac qiymətinin bahalaşaraq 50 dollardan 60 dollara qalxdığını qeyd edir. Bundan başqa, İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2023-cü il üzrə dövlət büdcəsinin layihəsi hazırlanarkən ÜDM 106 milyard manat dəyərində, qeyri-neft-qaz sahəsində ÜDM 73,3 milyard manat, real artım sürətləri isə müvafiq olaraq 2,7 və 4,5 faizlə müəyyən edilib. Beləliklə, 2023-cü ilin birinci rübünün yekunlarını nəzərə aldıqda fiskal fəaliyyət və əmtəə bazarlarının konyunkturası makroiqtisadi proqnozlara düzəliş edilməsini şərtləndirib.

2023-cü ilin yekunlarına görə, Azərbaycanın ÜDM-nin 111,6 milyard manat (5,6 milyard manat çox) səviyyəsində olacağı, o cümlədən qeyri-neft-qaz sahəsində ÜDM-in real ifadədə 77,7 milyard manat (4,4 milyard manat) olacağı gözlənilir.

Qeyri-neft-qaz sahəsində isə, real ÜDM-in artım sürətinə dair proqnoz 4,5 faizdən 4,9 faizədək artırılıb. Real ÜDM 1,8 faiz olmaqla nominal ifadədə 111,6 milyard manatadək, qeyri-neft-qaz sektorunda ÜDM isə 77,7 miıyard manatadək artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.